ŞairlərimizYazıçılarımız

Rəhim Qurbani

Rəhim Qurbani (Qurbanov Rəhim Kazım oğlu22 dekabr 1951ZərkəndBasarkeçər rayonu – 1 dekabr 2020Gəncə) — azərbaycanlı şair. Əsasən təcnis sənətkarı kimi tanınır. Azərbaycan Yazıçılar Birliyinin (2015) və Azərbaycan Jurnalistlər Birliyinin (2015) üzvü.

Qurbanov Rəhim Kazım oğlu

Rəhim Qurbani
Doğum adıRəhim
TəxəllüsüQurbani
Doğum tarixi22 dekabr 1951
Doğum yeriZərkəndBasarkeçər rayonuErmənistan SSRSSRİ
Vəfat tarixi1 dekabr 2020 (69 yaşında)
Vəfat yeriGəncəAzərbaycan
Dəfn yeriFəxri xiyaban (Gəncə)[d]
Vətəndaşlığı SSRİ
 Azərbaycan
TəhsiliGəncə Dövlət Universiteti
Fəaliyyətişairmüəllim
ÜzvlüyüAzərbaycan Yazıçılar Birliyi,Azərbaycan Jurnalistlər Birliyi,Azərbaycan Aşıqlar Birliyi
Mükafatları“Qızıl Qələm” mükafatı (2010), Prezident təqaüdçüsü (2018)

Həyatı

Rəhim Qurbani 1951-ci il dekabr ayının 22-də Qərbi Azərbaycanın, Göyçə mahalının Zərkənd (Zərzibil) kəndində ziyalı ailəsində anadan olubdur.[1]

1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. 1979-cu ildə həmin institutu bitirib tarix müəllimi ixtisasını almış, həmin ildən doğma kəndlərində tarix müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdı.

Gənc müəllim kimi işlədiyi vaxtdan yaradıcılıqla məşğul olmuş, dövrü mətbuatda — “Sovet Ermənistanı“, “Vardenis” qəzetlərində şeirləri müntəzəm dərc olunmuşdur.

Azərbaycanlıların Ermənistandan köçürülməsi nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Azərbaycana köçmüş, 1989-cu ildən Gəncə şəhərində məskunlaşmışdır. 1989–2017-ci illərdə Gəncə şəhər 9 saylı orta məktəbdə tarix müəllimi işləyib.

1 dekabr 2020-ci ildə Gəncə şəhərində vəfat etmiş və Gəncədəki Fəxri Xiyabanda dəfn olunmuşdur.

Yaradıcılığı

Azərbaycanda məskunlaşdıqdan sonra şeirləri bir çox qəzet və jurnallarda dərc olunub. “Oğuz eli”, “Gəncənin səsi”, “Göygöl”, “Mübariz”, “Naftalan”, “Daşkəsən”, “Vətəndaş”, “Yeni Təfəkkür”, “Vətən səsi”, “Kredo“, “Qərbi Azərbaycan press” qəzetlərində, “Pəncərə”, “Ovqat”, “Dünya Meridianları” və Yazıçılar Birliyinin nəzdində olan “Gəncə qapısı” jurnalında daimi olaraq şeirləri nəşr olunmuşdur.

Əvvəllər “Qərbi Azərbaycan press” qəzetinin əməkdaşı olmuş, hal-hazırda “Qanun və Səlahiyyət” qəzetinin xüsusi müxbiridir.

1989-cu ildən “Azərbaycan Aşıqlar Birliyi”nin, 2015-ci ildən isə “Azərbaycan Yazıçılar Birliyinin” və “Azərbaycan Jurnalistlər Birliyi”nin üzvü idi.

Kitabları

“Göyçə yaraları”, Bakı, “Elm və təhsil”, 2013.

Mükafat və təltifləri

2010-cu ildən “Qızıl Qələm” mükafatı laureatı adına və “Nüfuzlu Ziyalı” diplomuna layiq görülmüşdür.

2018-ci ilin aprel ayında Prezident təqaüdünə layiq görülmüşdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button