Oktyabr 23, 2025
  • Haqqımızda
  • Əlaqə
  +994 (50) 205 10 99
  info@zarkend.az
Zərkənd.az
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
ZƏRKƏND TV
No Result
View All Result
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
No Result
View All Result
Zərkənd.az
No Result
View All Result

Əliyev Habil

1969-cu ildə Basarkeçər rayonunun Zərkənd kəndində dünyaya gəlib.1988-ci ilin məlum hadisələri ilə bağlı Naftalanda məskunlaşmışdılar. Habil ordudan tərxis olunandan sonra evlənmişdi, Samir adlı bir oğlu dünyaya gəlmişdi.

O, könüllü ordu sıralarına yazıldı. Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun birinci batalyonunda hərbi xidmətə başladı.

Habil Ağdərə bölgəsi uğrunda gedən vuruşmalarda iştirak etdi. O Aşağı Ağcakənd, Xarxaput kəndləri uğrunda gedən döyüşlərdə iyirmi erməni quldurunu məhv edərək böyük qəhrəmanlıq göstərdi.

Habil Yuxarı Ağcakənd və Gülüstan kəndlərində düşmənin atəş nöqtələrini susdurdu. Bu igid döyüşçü, cəsur əsgər qeyri-adi cəsarətli adam kimi tanındı. O, Maqanz, Meteşen, Moxpataq, Talış kəndlərində baş verən vuruşmalarda da fərqləndi.

Habil Ağdərə bölgəsində, döyüşlərin birində qəhrəmanlıqla həlak oldu. İndi bu igid döyüşçünün qəbri Naftalan şəhərində, Şəhidlər Xiyabanındadır.

Qəhrəman döyüşçü ölümündən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif edilmişdir.

QƏHRƏMANCASINA ŞƏHİD OLDU
Əliyev Habil Mikayıl oğlu 1969-cü ildə Basarkeçərin Zərkənd kəndində dünyaya göz açmışdır. O, Ulu Göyçənin
loğman havasında qayğısız böyüyür, dağ yamaclarına yayılıb şirin-şirin otlayan qoyun-quzu sürülərinə baxdıqca ləzzət alır, gündə neçə dəfə buz bulaqların suyundan içir, bir göz qırpımında sıçrayıb at belinə minərdi. Zərkənd Dədə Ələsgərin kəndi Ağkilsəyə yaxın olduğundan tez-tez ustad aşığın qəbrini ziyarətə gedərdi. Habil orta məktəbdə təhsilini başa çatdırdıqdan sonra bir müddət sovxozda fəhlə işləmiş, min bir həvəslə əməyin qulpundan yapışmışdır. Tacikistanda hərbi xidmətdə olarkən dəfələrlə valideynlərinin ünvanına komandanlıq tərəfindən razılıq məktubu gəlmişdir. Habil Orta Asiyada əskəri xidməti başa vurarkən Göyçə mahalına yox, doğma yurdlarından didərgin düşən və Naftalan şəhərində məskunlaşan valideynlərinin yanına qayıtdı. Anası Ülkər balasının sağ-salamat Azərbaycan torpağına qayıtdığı üçün min kərə Allaha şükür elədi, evdə xırdaca bir məclis düzəltdi. El
adəti ilə dost-tanışlar ata-anaya gözaydınlığı verdilər.
Habil 1980-cı ildə Göyçənin Ağkilsə kəndindən olan Yaqub kişinin qızı Mahiyyə ilə ailə həyatı qurdu. Bir müddət keçdikdən sonra isə Habilin bir oğlu dünyaya gəldi, adını Samir qoydular. Vətənin ağır günündə, ermənilərin get-gedə azğınlaşdığı bir vaxtda Habil digər qeyrətli oğullar kimi heç cür rahatlıq tapa bilmədi, Ona görə də I dekabr
1991-ci ildə könüllü olaraq torpaqlarımızın müdafiəsinə yollandı. O, Goranboy ərazisində Azərbaycanın Milli
Qəhrəmanı Məhəmməd Həsənovun başçılıq etdiyi birinci batalyonda qeyrətlə vuruşur, daşnaklardan birəbeş qisas alır, ən çətin döyüş əməliyyatlarının həyata keçirilməsində şəxsi igidlik göstərirdi. Göyçənin Habil adlı Koroğlu, Babək qeyrətli qorxmaz bir oğlunun adı artıq dillərdə söylənilirdi, necə deyərlər elə bil komandirin sağ əli idi. Lakin Drombonda, Ağdərə bölgəsində gedən ağır döyüşlərin birində Habil qəhrəmancasına həlak oldu. O, öz ölümü ilə ölümsüzlüyə qovuşdu… Həmin vaxtdan indiyəcən anası Ülkərin, bacıları Vəzifə və Xatirənin göz yaşları qurumur. Habilin yoxluğuna həyat yoldaşı heç dözə bilmir. Dünyanın işinə bax ki, Habilin ölümündən sonra ikinci bir övladı dünyaya gəldi. Habilin bu balasının adını nənə və babası Qabil qoydular.
İsti yay günlərinin birində şəhid Habil Əliyevin atası Mikayıl kişi soraqlaşa-soraqlaşa Naftalandan Bakıya, “İşıq” nəşriyyatına gəlib çıxdı. Şəhid balası haqqında komandir və digər hərbiçilər tərəfindən yazılmış sənədləri nəşriyyata təqdim etdi. Oğlu haqqında müəyyən döyüş epizodları danışdı. Saralmış sənədlərin birində aşağıdakı sözlər yazılmışdı: – Göyçəli Habil
Goranboyda əvvəlcə 1-ci batalyonun 1-ci rotasında, sonralar isə minamyot batareyasının tərkibində vuruşmuş və əsl qəhrəmanlıq göstərmiş, keçmiş Şaumyankənd-Ağdərə istiqamətində rəşadətli döyüş yolu keçmişdir. O, Aşağı Ağcakənd və Xarxaput kəndlərinin erməni quldurlarından təmizlənməsində şücaət göstərərək 20 nəfərdən çox saqqalı qulduru leş-leşə söykəmiş, Gülüstanda və Yuxarı Ağcakənddə düşmənin atəş nöqtəsini susdurmuş, habelə Ağdərənin Talış, Madagiz, Maqauz, Meteşen, Moxrataq kəndlərinin azad olunmasında, Sərsəng su anbarının alınmasında, Kasapet və ən nəhayət Drambonda igidliklə vuruşmuşdur. Təkcə bir faktı qeyd etmək lazımdır ki, Habil Drambonda 30 daşnakı məhv etmişdir. Habil Əliyev Naftalan şəhərindəki Şəhidlər Xiyabanında uyuyur. Respublika Prezidenti Heydər Əliyevin fərmanı ilə cəbhədə qəhrəmanlıqla şəhid olduğuna görə Habil ölümündən sonra “Azərbaycan bayrağı”ordeninə layiq görüldü.

  • Haqqımızda
  • Əlaqə

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
ZƏRKƏND TV
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Həkimlərimiz
    • Müəllimlərimiz
  • Haqqımızda
  • Əlaqə
  • Foto Albom

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.