Cəmşid Hənifəyev – SSR Ali Sovetin Deputatı, Savxoz Direktoru
1926-ci ildə Ermənistan SSR-in Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. 40 il (1948-1988-ci illər) Zərkənd sovxozunun direktoru vəzifəsində işləmişdir. Keçmiş SSRİ-nin ən yüksək orden və medallarına layiq görulmuşdur. Lenin ordeni, Oktyabr inqilabi ordeni, Şərəf nişani ordeni, Qirmizi əmək bayraği ordeni, 2 dəfə dalbadal Ermənistan SSR Ali Sovetinin deputati seçilmişdir. İşlədiyi müddətdə rəhbərlik etdiyi sovxoz 4 dəfə sosializm yarişinin qalibi, 5 dəfə keçici qırməzə bayrağa layiq görulmuşdur.
CƏMŞİD HƏNİFƏYEV
O, kənd məktəbində təhsil almış və sonra təhsilini davam etdirmişdir. Təhsilini başa çatdırdıqdan sonra kənddə işləmiş və kolxoz sədrinə kimi yüksəlmişdir. Onun kolxoza sədrlik etdiyi dövrdə kənd camaatı firavan və olduqca yaxşı yaşamışlar. Cəmşid kişi yaxşı rəhbər olmaqla bərabər, çox yaxşı insan idi. Demək olar ki, onun kolxoz sədri olduğu dövrdə kənddə heç bir kriminal hadisə baş verməmişdir. Müəyyən kiçik çatışmamazlıqlar və nöqsanlar olsa da o, özü hər bir işi öz qaydasına qoymuşdur.
Kəndin vəzifəli, məsul işçiləri heç vaxt hüquqmühafizə orqanları ilə qarşılaşmamışlar. Bu sahədə də o, öz nüfuzu və qayğıkeşliyi sayəsində hər bir işi özü həll etmişdir.
Rayonda və eləcə də Qərbi Azərbaycan o, çox tanınan bir şəxs idi. Ona görə də onun rəhbərliyı dövründə kənddə heç bir problem yaranmamışdır. O, həm də yaxşı ailə başçısı idi.