Oktyabr 23, 2025
  • Haqqımızda
  • Əlaqə
  +994 (50) 205 10 99
  info@zarkend.az
Zərkənd.az
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
ZƏRKƏND TV
No Result
View All Result
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
No Result
View All Result
Zərkənd.az
No Result
View All Result

Nəcəfov Yəhya Əlfalı oğlu

SON ANDA ÇALMALINI XATIRLADI…
1972-ci ilin Novruz bayramı ərəfəsində Basarkeçərin Zərkənd kəndində dünyaya göz açmışdır. O, hələ uşaq  aşlarından mehrini dağlara, daşlara salmışdı. Əlvan xalını andıran çəmənliklərin vurğunu idi. Yəhya yayın
loğman çağlarında çənidumanı, yara-yara əyri və dolama yollarla tay-tuşları ilə “Çalmalı” dağının seyrinə gedər, qucaq-qucaq ətirli gül-çiçək toplayar, qabını göbələk və qarağatla doldurar, axşam olub qaş qaralanda “Tumlu bulağ”ın üstundə motal şoru ilə pendir çörəyi yeməmiş geri dönməzdi.
Anası Əntiqə hər dəfə dağlara səfərə çıxıb, evə sovqatla qayıdan balasını sinəsinə sıxıb duz kimi yalayar, boy-buxununa dönə-dönə tamaşa edər, uzun qış gecələrndə Yəhyanı şirin nağıllarla yuxuya verərdi. Yəhya 10-12 yaşlarından saza, sözə yaman vurulmuşdu. Aşıq məclislərindən ötrü ürəyinin başı göynəyirdi. Şair İsmixanın, Əli Qurbanın, Alqayıtın, Dədə Ələsgərin qoşma, təcnis və gəraylılarını həvəslə əzbərləyirdi.
Qonşu Ağkilsə, Zod, Qaraqoyunlu və Nərimanlı kəndlərində onlarca dost və tanışı var idi Yəhyanın. Lakin tale elə gətirdi ki, Yəhya boya-başa çatmamış atadan yetim qaldı, ailənin bütün ağırlığı anası Əntiqənin üzərinə düşdü. Sağ olsun kəndin xeyirxah adamlarını, qonum-qonşuları! Çətin, dar ayaqda onlar Yəhyagilin ailəsinə hər cür maddi və mənəvi köməklik göstərdilər. Günlərin bir günü kəndə belə bir xəbər gəlib çıxdı ki, rayon mərkəzində ermənilər böyük bir dəstə ilə nümayişə çıxıblar. Tələbləri də budur ki, Qarabağ Ermənistana birləşdirilsin, azərbaycanlılar isə öz doğma ata-baba yurdlarını tərk etsinlər. Sanki adamlar bir-birinə dəydi, ürəklərə qara xal düşdü, hamının əli
Ulu Tanrıya uzanıqlı qaldı…

Quduz itə dönmüş erməni faşistləri heç cür bəd, çirkin niyyətlərindən əl çəkmək istəmirdilər. Göyçəlilərin  öyçədən çıxarılması planını “akademik” Viktor Habartsumyan, Silva, Zori kimi türk qanına susayan alçaqlar hazırlamışdı. Özgə çıxış yolu yox idi. Göyçəlilər öz əzəli torpaqlarından köçmək, qərib quşa dönüb, haraya isə üz tutmaq məcburiyyəti qarşısında qaldılar. 1988-ci ilin soyuqlu, şaxtalı günlərində Göyçədən Azərbaycan torpağına doğru ağır-ağır hərəkət edən sıldırımlı dağ yollarında cərgələnən maşın karvanlarının sayı-hesabı yox idi. Köhnə bir maşının kuzasında palaz-yorğana bürünən və kənddən, doğma ocaqdan ayrılan Əntiqə ananın, boynu buruq qalan Yəhyanın göz yaşları qurumurdu… Göyçədən didərgin düşən Nəcəfovlar ailəsi min  bir müsibətlə Naftalan şəhərinə gəlib, orada məskunlaşdılar. Yəhya orta təhsilini başa vurduqdan sonra Qroznı şəhərində əsgəri xidmətdə oldu. Sonra isə yeni yurda qayıtdı. Çox keçmədən qəlbinin hökmü ilə könüllü olaraq cəbhə bölgələrinə, odlu nöqtələrə yollandı. Sevdiyi qızın şəklini də özü ilə götürdü. Vətənin ağır günündə silaha sarılan Yəhyanın adı igid,
cəngavər, qeyrətli döyüşçülərin siyahısına düşdü. O, neçə-neçə döyüş əməliyyatlarının uğurla yerinə yetirilməsində yaxından iştirak etdi. Günlərin bir günündə isə Yəhya cəbhə bölgəsində düşmənin basdırdığı minaya düşdü, al qana boyandı. Son anda anası Əntiqəni çağırdı, ondan imdad dilədi, dodaqları yarıqyarıq oldu. Biz vaxtı ilə Yəhyanın təhsil aldığı məktəbin direktoru Həbib Səmədovla görüşüb söhbət etdik. Onun gözləri doldu və bir müddət yerindəc ə heykəl kimi donub qaldı. Həbib müəllimdən Azərbaycan Dövlət Filarmoniyasının qarşısında bəzi qeydlər götürdüm. Hər ikimiz Xəstə Bayraməlinin 95 illik yubileyində iştirak etməyə dəvət olunmuşduq. Ətrafımız göyçəlilərlə, saz, söz pərəstişkarları ilə dolu idi. Həbib müəllim şəhid Yəhya Nəcəfov haqqında
özünün yadda qalan xatirəsini danışdı:

– Pedaqoji sahədə çalışdığım uzun illər ərzində yüzlərcə yaddaqalan, sevimli şagirdlərim olub. Onlardan biri də rəhmətlik Yəhya idi. Qabiliyyətinə, bacarığına söz ola bilməzdi. Məktəbə başı aşağı gedib gələrdi. Bir qonşunun belə toyuğuna da daş atmazdı.  Əməyi çox sevirdi, musiqi və şeir vurğunu idi. Arzumbudur ki, müharibəyə son qoyulsun, düşmən tapdağında olan torpaqlarımız özümüzə qaytarılsın. Biz isə Dədə Şəmşirin yurdu Kəlbəcərdən keçib, Basarkeçərə öz əzəli yurdumuza qayıdaq. Ulu Tanrı o günü bizə tez qismət eyləyərsə, şəxsən mən təşəbbüs irəli sürüb Zərkənd kənd orta məktəbinə Yəhya Nəcəfovun adını verdirəcəyəm. O gün məncə heç də uzaqda deyildir…  Yəhya 1993-cü il dekabr ayının 23-də şəhid oldu. Bu qəfil və acı xəbərdən sonra dəli-divanə olan,
ağlayıb fəryad qoparan Əntiqə ana gözlərinin nurunu itirdi.

Həsən OCAQQULİYEV

  • Haqqımızda
  • Əlaqə

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
ZƏRKƏND TV
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Həkimlərimiz
    • Müəllimlərimiz
  • Haqqımızda
  • Əlaqə
  • Foto Albom

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.