Oktyabr 23, 2025
  • Haqqımızda
  • Əlaqə
  +994 (50) 205 10 99
  info@zarkend.az
Zərkənd.az
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
ZƏRKƏND TV
No Result
View All Result
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
No Result
View All Result
Zərkənd.az
No Result
View All Result

KİÇİK TORPAĞIN QƏHRƏMANI

Ocaqquliyev Məhərrəm

Atam Ocaqquliyev Məhərrəm 1938-1940-ci illərdə Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Dinc dövrdə əsgəri borcunu başa  urduqdan az sonra müharibə başlayır və evin yeganə oğlu olmasına baxmayaraq o, dərhal vətənin keşiyində mətn dayanmaq vəzifəsini qarışısına ən ali məqsəd kimi qoyur və cəhbəyə yollanır. 7 ilə yaxın hərbi ömür, qanlı-qadalı ömür yaşayıb. Müharibənin düz finalına kimi, Berlinə kimi gedib. Özünün söylədiyinə görə, çox əzab-əziyyətli günlər keçirib. O, deyərdi ki, elə anlar olurdu bütün alay məhv olurdu, insanların cəsədləri üzərindən təlatüm içində yeriyə-yeriyə bir qırağa çıxa bilirdim. Ola bilsin atamı bu müharibədə anası Qönçə nənənin duaları qoruyub. Məhşur «Kiçik torpağ»ın müharibə tarixinə Məhərrəm Ocaqquliyev də öz şəxsi imzasını qoyub.

Bu qaynar tarixi nöqtədə özünü mübariz, qorxmaz bir azərbaycanlı kimi göstərmiş, döyüşçülük məharəti ilə fərqlənmiş və fəxri mükafatlara layiq görülmüşdür. Atamın şəxsi şücaəti haqqında Sov.İKP MK-nin nəzəri siyahısı jurnalı “Kommunist”də belə bir sitat getmişdir: “1943-cü ilin mayın 2-də 18 ordunun siyasi şöbə rəisi polkovnik  L.İ.Brejnev «Kiçik torpaq»dakı məşhur aprel döyüşlərinin yekunları haqqında Şimali Qafqaz cəbhəsinin siyasi  idarəsinə göndərdiyi məlumatda belə  bir epizodu təsvir etmişdir. “76 millimetrlik” topun komandiri baş serjant  Avzalov Xuday (facik), həmin topun tuşlayıcısı M.Ş.Hacıquliyev (azərbaycanlı) alman tankları ilə döyüşdə  soyuqqanlılıq göstərmiş faşistlərin hava hücumlarına baxmayaraq 1943-cü il aprelin 19-da düşmənin iki tankını  vurmuş, hitlerçilərin 3 müşahidə məntəqəsini və bir rotasını məhv etmişdir. Bu sitatda adı çəkilən azərbaycanlı  döyüşçü M.Ş.Hacıquliyev bizim söhbət açdığımız Ocaqquliyev Məhərrəm Şahverdi oğludur. Əlbəttə, bu adi, ötəri hadisə olsaydı adama o qədər yer eləməzdi. Bu təhriflər bir veteran ürəyi sındırılır. Həmişə olduğu kimi, familyanın  səhv yazılması, rus mənbəsindən başlayıb (nə qədər ki, bizə laqeydliyi göstərirlər belə olacaqdır).  Müharibənin arxiv sənədlərində atamın familyası “Adjikuliyev” kimi qələmə alınıb. Bizim tarixçilərdə özlərini  əziyyətə salıb həmin faktı dəqiqləşdirməmiş, istifadə etdikləri məxəzi hərfən çevirməklə işlərini bitirmiş hesab  etmişlər. Bu günah ictimai bəladır. Biz atamla birlikdə yol verilən xətanı düzəltmək məqsədilə həm Respublika  Maarif Nazirliyinə, həm də həmin sənədlərin ilk dəfə çap olunduğu Sov.İKP MK-nın nəzəri və siyasi jurnalı  “Kommunist jurnalının redaktoruna məktub yazmışdıq.  Respublika Maarif Nazirinin müavini Ə.Əfəndiyev cavab  vermişdir ki, Azərbaycan tarixi dərsliyinin təkmilləşdirilməsi zamanı M.Ocaqquliyevin iradı nəzərə alınacaqdır.  “Kommunist” jurnalı isə düzəliş edəcəyi barədə məlumat versə də nəticəsi yoxdur. Müharibədə yaxşı döyüşlərinə  görə aldığı medallarının vəsiqələrində də dəftərxana işçiləri bir neçə qüsura yol vermişlər. Məsələn, 1948-ci ildə  təklif olunduğu kimi Berlinin alınması uğrunda medalın vəsiqəsində familyası kobud formada təhrif olunaraq «Odjavkuliev» kimi yazılmışıdr. Praqanın azad olunması uğrunda medalın vəsiqəsində isə atasının adı Şahverdi  əvəzinə Şaxidoviç kimi qeyd edilmişdir. Həm ata adının yazılışında qələt edilmiş, həm də onu oviçləşdirmişlər. Pasportunda da ermənilər qəsddən əllaməçiliyə yol vermişlər; adını rusca Maqerlam yazmışlar. Görün bu adda azərbaycanlı nəfəsi hiss  olunurmu? Qərəz, yanlışlığa yol verilmiş sənədlər heç də atamın keçirdiyi döyüşçü ömrünün namuslu həyatını kölgədə qoymur. Amma dünənimizlə bu günümüz arasında tarixi əlaqələri dolaşıq salır. Ümumiyyətlə, belə desək yerinə düşər ki, tarix boyunca bizim xalqımız həm rus, həm də ermənilər tərəfindən düşünülmüş təxribata məruz qalmışdır. Gah mahnılarımızı özünküləşdirirlər, gah torpaqlarımıza göz dikirlər,  mədəniyyətimizə, incəsənətimizə təcavüz edirlər. Biz isə bunlara göz yumuruq, deyirik əşi, qoy desinlər-deyib vaz keçirik. Amma qeyd etmək lazımdır ki, son zamanlar bizim bəzi təşkilatlar bu sahədə işlərini gücləndirmişlər. Müharibə atam üçün çox gərgin keçmişdir. Mən bu sözləri onun özündən eşitmişəm. Onun müharibədə göstərdiyi şücaət, qəhrəmanlıq rəmzi bütün Azərbaycan üçün, yaşlı və  gənc nəsil üçün bir örnəkdir. L.İ.Brejnevin məhşur aprel döyüşçülərinin yekunları haqqında Şimali Qafqaz cəbhəsinin siyasi  idarəsinə göndərdiyi məlumatlardan sonra atama ən yüksək mükafat təqdim olunması haqqında məlumatlar verilmişdir. Hətta, Sovet İttifaqı  əhrəmanı kimi yüksək ad haqqında fikirlər mövcud olub. Atamın anasının dediklərinə görə, dövlət orqanları ciddi maraqlanıblar, Qönçə nənənin evini təmir edib və yardım göstəriblər. Deyiblər ki, oğlunuz bu yaxınlarda ən yüksək ada təqdim olunacaqdır. Bunu bütün kənd, eləcə də rayonun rəhbərlərinin məlumatları olub. Amma sonradan nə baş verib onu heç kim bilmir, bir Allahdan başqa. Bu ermənilərin, eləcə də o vaxt ki, bizim üzdəniraq rayon rəhbərlərinin də ürəyindən olmayıb. Bu işdə sapı özümüzdən olan baltalar çox çirkin və insan mənəviyyatına uyğun olmayan hərəkətlər ediblər, atamın arxiv sənədlərini ört-basdır etməyə çalışıblar, yuxarıdan tələb olunan  sorğulara saxtakarlıq edərək duzgün məlumatlar verməyiblər. Bu işdə o vaxt Basarkeçər rayonunda İcraiyyə  Komitəsində rəhbər vəzifədə çalışmış Bilal Məmmədov fəal (dırnaqarası) rol oynamışdır. Bu işin ört-basdır edilməsi  üçün dəridən-qabıqdan çıxaraq əlindən gələni etmişdir. Qeyd etmək istəyirəm ki, bu adamın həm də  bizə qohumluğu çatır. Mən bu faktı ona görə açıqaşkar qeyd edirəm ki, qoy bizdən sonrakı nəsillər əsl həqiqəti  bilsinlər. Çünki biz həmişə bu və ya buna bənzər faktların üstündən vaz keçdiyimiz üçün tarixi ədalətsizliyə yol  açmağa köməklik etmiş oluruq. İnsanın vicdanı necə belə şeyə yol verər? 7 ildən çox ömrünü vətən uğrunda mübarizəyə həsr etmiş, qəhrəmanlıq göstərmiş adam haqqında belə qərəzli mövqe tutasan, tarixi  saxtalaşdırmağa, eləcə də səhv və təhrif olunmuş məlumatlarla ölkə rəhbərliyini və insanları çaşdırasan. Bu çox qeyri-insani bir hərəkətdir. Bunu insanlar bağışlasalar da, tarix bağışlamaz. Bu məlumat Sovet İttifaqının dövründə Sov. İKP. MK-nın “Kommunist” jurnalında atamın haqqında çıxan bu qəhrəmanlıq barədə məlumat gedəndə L.İ.Brejnev Sovetlər birliyinin rəhbəri idi. Biz atama nə qədər dedik ki, gedək Moskvaya, Brejnevlə görüşək, axı o, sizi şəxsən tanıyır, adınızı da məqalədə çəkib, bəlkə bu tarixi ədalətsizliyi aradan qaldıraq. Lakin atam o qədər təvazökar insan idi ki, o bizimlə razılaşmadı, dedi ki, mənə heç nə lazım deyil, tarix özü şahiddir. Atam “kiçik torpaq” qəhrəmanı, topçu kimi 18-ci ordunun tərkibində müharibənin ən dəhşətli nöqtəsində igidlərin qanına boyanmış, uzunluğu altı kilometr, eni cəmi dörd kilometr yarım olan kiçik torpağı 255 gün əllərində saxlayan igid  döyüşçülərdən biridir. “Kiçik torpağın” hər bir müdafiəçisinin payına, o cümlədən, atanın payına ölüm saçan 1250 kiloqram metal düşmüşdür. “Kiçik torpaqda” 18-ci desant ordusunun döyüşçülərinin üçdə ikisi vuruşmuşdur. Atamın cəbhə yoldaşları onun haqqında belə deyirlər:

-Ocaqquliyev Məhərrəm 76 mm-lik topu ilə faşistlərə aman vermirdi, düşmənin ən mühüm atəş nöqtələrini, texnikasını, canlı qüvvəsini sərrast atəşlə məhv edirdi. “Kiçik torpaq” əməliyyatından sonra atamın xidmət etdiyi ordu Berlin əməliyyatında iştirak etdi. 1945-ci ilin yazında sovet silahlı qüvvələrinin hissələri Şərqi Rusiyada, Şərqi Pomersaniyada və Sileziyada Hitlerin seçmə ordusunu darmadağın edərək cəbhəboyu Oder və Neyes çaylarına yaxınlaşdılar. Berlinə 60-70 km qalırdı. Berlin üzərinə həlledici hücumlara hazırlıq gedirdi. Qərb cəbhəsində isə
İngiltərə və Amerika hərbi qüvvələri Reyn çayını keçmişdilər və hitlerçilər bu istiqamətlərdə bir milyon adam, 10400 top və minomyot 1500 tank və hücum topu, 3300 döyüş təyyarəsi toplamışdılar, tələmtələsik yeni qoşun hissələri düzəldib onlar silahlandırırdılar. Lakin bəşəriyyətin səbirsizliklə gözlədiyi intiqam saatı getdikcə yaxınlaşırdı. Berlin əməliyyatını həll etmək üçün sovet qoşunlarının 25 milyon canlı qüvvəsi, 41600-dan çox top və minomyotu, 6200-dən artıq tank və motorlu qurğusu, 7500 döyüş təyyarəsi vardı.
Atam deyir:
-Berlin əməliyyatı başlanğıcı olan 16 aprel günü heç vaxt yaddan çıxmayacaqdır. Minlərlə topun, minomyotun və əfsanəvi “Katyuşaların” iştirakı ilə artilleriya hazırlığının qurtarmasına üç dəqiqə qalmışdı. 143 zenit projektoru düşmənin gözünü qamaşdırırdı. Biz hücuma keçmək əmri aldıq. Yer-göy lərzəyə gəlirdi, topların səsi, projektorların işığı və texnikanın səsi bütün ətrafı bürümüşdü, heç nə eşitmək mükün deyildi. Ordumuz düşmənin birinci və ikinci mövqelərini sürətlə tutdular. Berlin uğrunda vuruşma gecə-gündüz davam edirdi. Aprelin 22-də qoşunlarımız düşmənin bütün müqavimətlərini qırdılar, müdafiə xəttini yardılar. Biz alova bürünmüş Berlini  görürdük. Düşmən müqavimət göstərməkdə davam edirdi. Hər metr sahəni, hər evi vuruşa-vuruşa alırdıq. 3-cü  zərbə ordusu Berlinin mərkəzində vuruşurdu. May ayının 1-nə keçən gecə Reystaqın üzərinə qələbə bayrağı   sancıldı. Berlin əməliyyatının gedişində faşist Almaniyası 70 piyada, 12 tank və 11 motorlu diviziyasını, çoxlu  əlahiddə hissələrini və bölmələrini itirdi. 480 min nəfər qədər hitlerçi əsgər və zabit əsir alındı. 1500-dən çox tank  və hücum topu, 4500 təyyarə, 11 minə yaxın top və minomyot ələ keçirildi. Biz dəhşətli müharibəni Berlində  qutardıq. Anamın duası məni düşmən gülləsindən qorudu. Od püskürən, ölüm saçan illərin əsgərinin sinəsini  bəzəyən 3 orden və 20-dən çox medal onun misilsiz qəhrəmanlığından xəbər verir. Soyuq müharibədən,  aqeyidlikdən əmələ gələn ağrı-acını atamın canından 18-ci ordunun Bakıdakı hərbi şöhrət muzeyinin direktoru  ehtiyatda olan polkovnik Səlim Səlimov almışdır. Bu yerdə deyərlər ki, dərdlinin dərdini dərd çəkənlər bilərlər.  “Kiçik torpaq” haqqında tarixi sənədlər dərc edildikdən sonra aparılan sorğu zamanı atamın sağ olmasını öyrənən S.Səlimov onu Bakıya dəvət etmiş, lazımi sənədləri aldıqdan sonra respublika televiziyası ilə çıxışını təşkil etmişdir. Bu araşdırmalarda kəndimizin sakini, orta məktəbin direktoru, bizim yaxın qohumumuz Həbib Səmədovun zəhməti olduqca böyükdür. Allah ona qəni-qəni rəhmət etsin.

HÖRMƏTLİ MƏHƏRRƏM OCAQQULİYEV

Salam. 18-ci ordunun siyasi şöbə rəisi L.İ.Brejnev yoldaşın 5 may 1943-cü ildə cəbhə siyasi idarəsinə göndərdiyi məlumatda göstərilibdir ki, 19 aprel 1943-cü ildə «Kiçik torpaq»da 76 mm topun komandiri Abzalov Xudayar Nəzəroviç (tacik), topun tuşlayıcısı Acıquliyev M.Ş (azərbaycanlı) düşmənin 2 tankını, 3 müşahidə məntəqəsini və bir taqım faşisti məhv etmişlər.  Bu faktla əlaqədar bizim muzeyin işçiləri bir sıra axtarışlar etmişlər və nəhayət «Kommunist» qəzetinin 10 fevral 1979-cu il nömrəsində «Döyüş dostları haradasınız?» başlığı ilə çap olan məqalədə sizdən söhbət açıblar.
Məqaləni oxuduqdan sonra Cəlilabad rayonunun Alar kənd sakini, Böyük Vətən müharibəsi iştirakçısı Əsədullayev Meydan yoldaş sizin adresinizi bizə bidlirmişdir.
Xahiş edirəm, özünüz haqqında muzeyimizə müəyyən məlumat göndərəsiniz. Sizə cansağlığı və
müvəffəqiyyətlər arzu edirik.

Hörmətlə: Muzeyin direktoru: Səlimov S.H

Canlı şahidin əvəzi yoxdur. Bu baxımdan atamın keçmiş partiya rəhbəri L.Brejnev haqqında fikirləri çox maraqlıdır. Onun təbii söz-söhbətlərinə qulaq asdıqca məlum olur ki, bizə qaranlıq qalan tarixi daha yaxından öyrənirik.
Mənim nəzərimdə kim müharibənin dadını görübsə, kim o od-alovun içində olubsa, demək Vətənə borclu
deyil. Mən bütün cəbhə yoldaşlarım kimi rəhmətlik Brejnevə də belə nəzərlə baxıram. İndi onu çox tənqid
edirlər. Məncə bu o qədər də insaflı iş deyil. Hər şey bir yana qalsın, onun vaxtında heç olmasa intizam
vardı, pis dolanmırdıq. Ola bilsin ki, partiya aparatında səhvlərə yol vermişdi. Əyri işlərə göz
yumurdu. Axı, dünyada kim səhvsizdi? Ümumiyyətlə, L.İ.Brejnev mənim yaddaşımda bir cəbhəçi kimi
qalıb. Ona görə də, onun ünvanına söylənilən hədsiz tənqidləri ürəyim götürmür. Əslində onun səhvi həm
də bizim səhvimiz deyilmi? Yoxsa, biz ayrı ölkədə yaşayırıq? Nə isə, bizim ölkədə belə bir xoşagəlməz
adət yaranıb. Gedənin dalınca danışırlar. Vəzifədən düşəni necə gəldi qılınclayırlar. Mən atama belə bir
sual verdim:-Partiyanın hazırkı vəziyyəti haqqında nə deyə bilərsiz? Şəxsən özünüz bir kommunist kimi
partiya işinin yenidən qurulmasına hansı yolla əməli kömək göstərərsiniz?
-Ay oğul, indi mənim vuran-tutan vaxtım deyil. Daha qocalıq öz işini görür. Amma açıq deyim ki,
partiyaya inamım itməyib. Hazırda mənim əsas köməyim məsləhət verməkdir. Partiya bu dövrə qədər
ölkəmizin əlində kəskin bir silah idi. Partiya nəfəs alan yerdə intizam, qayda-qanun yaranırdı. Özüm şahidi olmuşam. Partiyanın adı çəkiləndə düşmən tirtir əsirdi. Kommunist partiyası elə bir qala hesab olunurdu ki, onu heç bir qüvvə yıxmağa qadir deyildi. Açıq demək lazımdır ki, partiyanı vəzifə sahibləri gözdən salırdı. Şəxsən mən heç vaxt fikirləşmirdim ki, Sovet hökməti kimi hegemon bir dövlət dağılar, komunist partiyası gözdən düşər. Bunu Qorbaçov məharətlə bacardı və hər şeyi dağıtdı. İnanmırdım ki, Sovet hökuməti ola-ola bizi ata-baba  ordumuzdan qovarlar.
HÖRMƏT VARİSLİYİ
Ağsaqqal dünyasında ömür sürən Məhərrəm dayı özünü xoşbəxt baba hesab edir. 8 uşağından, 25 nəvəsindən və 2 nəticəsindən intəhasız həyat eşqi alır. Tarixlərə qara salmış ötən taleyindən danışanda isə «xoşbəxt baba» söhbətinə bir qədər ara verir. 5 illik müharibə qismətinə acımır. Təəssüf xatirəsinin baş mövzusuna çevrilən didərgin həyatı, qaçqınlıq taleyi onu daxilən, mənən yamanca yandırır, dağ boyda ürəyini sanki tikə-tikə edir. Hər tale söhbətinin axırında dərindən ah çəkir: «Ölmədik, didərgin də olduq!».
Məhərrəm Ocaqquliyev 1918-ci ildə azərbaycanlıların dədə-baba yurdu sayılan Göyçə mahalının Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 2 yaşından ata üzünə həsrət qalıb. Anası ona həm ata olub, həm də ana. Kənddə nə qədər yoxsul hesab olunsalar da, süfrələri çörəksiz qalmayıb. Gözləri, könülləri tox olub. Bir də ki, yaxşı kəndçi yeməkiçməkdən korluq çəkməz. Ocaqquliyevlər ailəsi də belə idi, az tapanda az yeyiblər, çox tapanda çox. Nəhayət, əsgərlik vədəsi çatıb. Məhərrəm Ocaqquliyev o veteranlardan deyil ki, əsgərlik borcunu yalnız müharibə vaxtında keçirib. O, 1938-1940-cı illərdə, yəni dinc dövrdə əsgərliyini həyata keçirsə də, bir il
fasilədən sonra yenidən ordu sıralarına – cəbhəyə, Vətəni alman işğalçılarından müdafiə etməyə çağırıblar. 7 ilə yaxın hərbi ömür – qanlı-qadalı ömür yükünü çəkib. Müharibənin düz finalına kimi – Berlin
şəhərinədək gedib.

Məşhur «Kiçik torpağ»ın müharibə tarixində Məhərrəm Ocaqquliyev də öz şəxsi imzasını qoyub. Bu qaynar tarixi nöqtədə özünü mübariz, qorxmaz bir azərbaycanlı kimi göstərmiş, döyüşçülük məharəti ilə fərqlənmiş və fəxri mükafatlara layiq görülmüşdür. Müharibədən sonra salnaməçilər tərəfindən buraxılan səhvlər ucbatından Məhərrəm dayı incimiş, xeyli narahatçılıq çəkmişdir. O, bu gün də narahatdır.  Çünki mənəvi məsuliyyətini itirə bilmir. Nə idi bu səhvlər? Əyani faktlara üz tutsaq, Məhərrəm dayının nə çəkdiyini daha tez duyarıq. 1982-ci ildə «Maarif» nəşriyyatında 9-10-cu siniflər üçün çap edilmiş «Azərbaycan tarixi» dərsliyinin 185-ci səhifəsində
oxuyuruq:

1943-cü il mayın ikisində 18-ci ordunun siyasi şöbə rəisi polkovnik L.İ.Brejnev «Kiçik torpaqdakı məşhur aprel
döyüşlərinin yekunları haqqında Şimali Qafqaz cəbhəsini siyasi idarəsinə göndərdiyi məlumatda belə bir epizodu da təsvir etmişdir: «76 millimetrlik topun komandiri baş serjant Avzalov Xuday (tacik), həmin kodun tuşlayıcısı Hacıquliyev M.Ş. (azərbaycanlı) alman tankları ilə döyüşdə soyuqqanlılıq göstərək faşistlərin
hava hücumlarına baxmayıb 1943-cü il aprelin 19- da düşmənin iki tankını vurmuş, hitlerçilərin 3
müşahidə məntəqəsini və bir rotasını (bir taqımını) məhv etmişlər».
Bu tarixi faktda adı ayrıca çəkilən azərbaycanlı döyüşçü Hacıquliyev M.Ş. bizim söhbət açdığımız
Ocaqquliyev Məhərrəm Şahverdi oğludur. Məhərrəm dayı Sovetlər birliyinin çökməsinə qəti inanmırdı. Amma bu hadisə gerçəkləşdi. O deyərdi:
– Ay oğul, indi mənim vuran-tutan vaxtım deyil. Daha qocalıq öz işini görür. Amma açıq deyim ki, partiyaya inamım itməyib. Hazırda mənim əsas köməyim məsləhət verməkdir. Partiya bu dövrə qədər ölkəmizin əlində kəskin bir silah idi. Partiya nəfəs alan yerdə intizam, qayda-qanun yaranırdı. Özüm şahidi olmuşam. Partiyanın adı gələndə düşmən titimtitim titrəyirdi. Kommunist partiyası elə bir qala hesab olunurdu ki, onu heç kim yıxa bilməzdi. Açıq demək lazımdır ki, partiyanı vəzifə sahibləri hörmətdən saldı. Amma bu müvəqqəti hadisədir. Bizim ölkəni partiya qurub, partiya da yaşadacaqdır. Sözün düzü, mən didərgin olan günə kimi partiyanın zəifləməsinə
inanmırdım. İnanmırdım ki, partiya, Sovet hökuməti ola-ola bizi dədə-baba ocağından qova bilərlər.
Həyətimizdə bir hovuz vardı. Onu böyütmək istəyirdim. Evdə arvad-uşaq üstümə düşmüşdü ki, heç bir iş
görmə, qaçaqaç düşüb, bir azdan növbə bizə çatacaq. Onları eşitmədim. Əlimə ling götürüb, hovuzun bir
tərəfini söküb yekəltməyə başladım. Amma işim yarımçıq qaldı. Zəlzələdən sonra bizi də qovdular. Onda yəqin etdim ki, arvad-uşaq düz deyirmiş. İndi o günlərə çox acıyıram. Arzum odur ki, millət davalarına tez son qoyulsun. İstərdim ki, heç olmasa indən sonra bu yenidənqurmanı qanunauyğun şəkildə həyata keçirsinlər. Adamları özbaşına buraxmaqla yenidənqurma aparmaq olmaz.
Doğrudan da, ağsaqqalın ən böyük köməyi onun vaxtaşırı verdiyi məsləhətlərdir. Elə məsləhətlər ki, bəzən bir ordunun gördüyü işi aşırır. Ona görə də, biz veteran ağsaqqallarımızı, sinəsi öyüd-nəsihətlə dolu baba- ənələrimizi qorumağı, onları diri ikən əzizləməyi öyrənməliyik. Ağsaqqallarımızın bu gün qəlbinə dəyənləri biz duymuruqsa demək, sabah bizim qəlbimizə toxunanları duyan olmayacaq. Axı, hörmətin də mayasında varislik var.

BİR AĞSAQQAL TANIYIRAM

(Divani)
Krım yarmadasında «Kiçik torpaq» döyüşlərinin
yekunu üzrə 18 ordunun siyahısı şöbəsinin rəisi
L.İ.Brejnevin xatirələrində yaşayan “Azərbaycan tarixi”
dərsliyinə düşən 75 yaşlı vətən qəhrəmanı Ocaqquliyev
Məhərrəm Şahverdi oğluna ithaf edirəm
Bir ağsaqqal tanıyıram, xoş xislətli, xoş əməlli
yaxşılığı özü üçün əsl peşə seçib çoxdan.
Bir ağsaqqal tanıyıram, düz Krımdan Berlinədək
düşmənləri qova-qova döyüş yolu keçib çoxdan.
Bir ağsaqqal tanıyıram, Brejnevin dostu olub,
Bir olayı məhv edibdi, alınmayan postu olub.
Dözüb hər cür çətinliyə, soyuq olub, isti olub,
Top dalında dayanaraq yağıları biçib çoxdan.
Qalxın vətən oğulları, sizdə biçin düşmənləri,
Xalqımızın tezliklə yaxınlaşsın qoy zəfəri.
Bir ağsaqqal tanıyıram, “yetmiş beş yaşlı” əsgəri
Faşistlərin al-qanını ovuc-ovuc içib çoxdan.
Rəhim QURBANİ

ATƏŞ SƏRRAST İDİ…

İkinci Dünya müharibəsinin igid əsgəri Məhərrəm Şahverdi oğlu Ocaqquliyev Azərbaycanın qədim
ata-baba torpağında Basarkeçərin Zərkənd kəndində 1918-ci ilin bahar fəslində doğulub. İki yaşı olanda
atası Şahverdi kişi dünyasını dəyişib. Atam uşaqlıqdan taleyini əməyə, zəhmətə bağlayıb. Onun atası
deyərdi: «Həyatın cövhəri əməkdir. Əllərimdəki qabarların hər biri bir əmək dastanıdır. İnsanı yaşadan
əməkdir. Əmək insanı ucaldır, alnı açıq edir. Heç kimə möhtac olmağa qoymur…».
O, atasının nəsihətlərini yaddaşında saxladı, özü üçün həyat, mübarizə məramnaməsinə çevirdi.
Mənalı əmək onu yaşatdı, çörək üçün heç kimin qapısını döymədi. Yaraşıqlı ev tikdi. Bağ saldı. Anası Qönçə arvad iki inək aldı, qoyun-quzu saxladı. Güngüzəranları yaxşı keçirdi.  Atamın əsgərliyə getmək vaxtı gəlib çatmışdı. 1938-ci ildə onu hərbi xidmətə çağırdılar. 1940-ci ildə əsgəri xidmətini başa vurub  doğma kəndinə qayıtdı. 1941-ci ilin iyun ayının 22-də Böyük Vətən Müharibəsi başlayandan 3 gün sonra ona çağırış vərəqi gəldi. Atam o günləri ürək ağrısı ilə xatırlayır.

– Məni bütün kənd yola salmağa gəlmişdi. Anam, yaxın qohumlarım bərk narahat idilər. Hamının gözləri yaşarmışdı. Anam özünü əla ala bilmirdi. Mən onu belə ağır, dəhşətli vəziyyətdə görməmişdim. Anam qollarını boynuma salıb xısın-xısın ağlayırdı. Ağ köynəyimin çiyni və döş tərəfi onun göz yaşından islanmışdı. Anama yazığım gəlirdi. Yanıb qovrulurdum. Anamın üzünə baxa bilmirdim. Açığını deyim, mən özüm də ağlayırdım. Anamın gözləri ağlamaqdan şişmişdi, yaş öz-özünə üzü ilə aşağı axırdı. Yenicə dən düşmüş saçları yaylığının altından çıxmışdı. Mənə elə gəlirdi ki, arvadın ağlı yerindən oynayıb. Artıq qatara minmək əmri verilmişdi. Anam başını sinəmə bərk-bərk sıxdı, boynumu qucaqladı. Halı özündə deyildi. Tir-tir əsirdi. Qohum-qardaş onu ovundura bilmirdi. Mən onu sakitləşdirməyə çalışırdım. Anam qollarını boynuma daha da bərk-bərk sıxıb ağlayırdı.
Bütün vücudu əsirdi. Bircə kəlmə də danışmırdı, səsi batmışdı, dağ boyda arvad iki günün içində əriyib yumağa dönmüşdü. Anam qocalmışdı. Mən ona dedim: – Ana, sənə qurban olum, özünü ələ al, axı belə olmaz, dostdan çox düşmən var. Bir söz de,  xeyir-dua ver… O isə xırıldaya-xırıldaya, güclə deyirdi: «Canım-ciyərim, ay oğul, qorxuram bir daha görüşməyək». Ürəyim parçalanırdı, bir yandan da anam məni diri-diri basdırırdı. Anamdan, doğma torpaqdan ayrılmaq mənim üçün ağır idi. Axı, mən toya getmirdim, müharibəyə gedirdim, odun-alovun
içinə atılırdım. Anamın bu hərəkətinə ürəyimdə hirslənsəm də, lakin bürüzə vermirdim. Anamın əllərini zorla boynumdan ayırdım, lakin yenə onu qucaqladım, boynuna sarıldım. Araya dərin bir sukut çökdü. Mən anamın qızarmış iri gözlərində bircə gilə yaş görmədim. Onun aşağı sallanmış damarlı əlləri, çənəsi, şişmiş dodaqları əsirdi. Mən anamdan ayrıldım. Onun işıqlı üzünü qabarlı əllərimin içinə alıb bərk-bərk öpdüm, qatara tərəf yüyürdüm…
Qatar ağır-ağır gedirdi. Pəncərədən baxdım. Anam və qohumlarım bir yerə toplaşmışdılar. İxtiyarsız olaraq əllərini yuxarı qaldırıb yelləyirdilər, hiss edirdim ki, gülümsəmək istəyirlər, lakin bacarmırdılar. Anamın saçı iki günün içində ağarmışdı, qanı qaçmış dodaqları nəsə pıçıldayırdı. Anam qatara tərəf yüyürmək istəyirdi, lakin tərpənə bilmirdi,
yerində donub qalmışdı. Anam qocalmışdı. O, bu cür də bütün müharibə illəri mənim xəyalımdan
getmədi…

…18-ci ordunun komandanı K.Leselidze onun rəhbərlik etdiyi ordu böyük  uğurlar qazanmışdır. Mən dəhşətli müharibəni – Berlində qurtardım. Ana duası məni düşmən gülləsindən qorudu. Doğma torpağa, anamın yanına qayıtdım. İndi o tarixi gündən 50 il keçir. Məhərrəm kişi ömrünün müdrik çağlarını yaşayır. 8 uşaq atasıdır. 25 nəvəsi və iki nəticəsi var. Od püskürən, ölüm saçan illərin əsgərinin sinəsini bəzəyən 3 orden və 20-dən çox medal Məhərrəm Ocaqquliyevin misilsiz qəhrəmanlığından xəbər verir. Bütün bəşəriyyəti zənginləşdirmiş həyat
quruculuğunun nadir təcrübəsinin daşıyıcıları veteranlara Eşq olsun!

Həsən Ocaqquluyevin “Yada Qalan Xatirələr” Kitabından

  • Haqqımızda
  • Əlaqə

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
ZƏRKƏND TV
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Həkimlərimiz
    • Müəllimlərimiz
  • Haqqımızda
  • Əlaqə
  • Foto Albom

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.