Oktyabr 23, 2025
  • Haqqımızda
  • Əlaqə
  +994 (50) 205 10 99
  info@zarkend.az
Zərkənd.az
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
ZƏRKƏND TV
No Result
View All Result
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Müəllimlərimiz
    • Həkimlərimiz
  • Foto Albom
No Result
View All Result
Zərkənd.az
No Result
View All Result

Xalqın Sevimlisi, Pedaqoji Fədakar – Həbib Səmədov

Giriş

Azərbaycan təhsilinə ömrünü həsr etmiş ziyalılarımız xalqın yaddaşında öz əməlləri, yetişdirdikləri nəsillərlə yaşayırlar. Onlar yalnız dərs deyən müəllim deyil, həm də həyat məktəbinin ustadlarıdır. Belə şəxslərdən biri də ömrü boyu gənclərin savadlı, vətənpərvər və ziyalı kimi formalaşmasına çalışan Həbib Səmədov olmuşdur. Onun pedaqoji fəaliyyəti, insanlara olan qayğısı və mənəvi dəyərlərə sadiqliyi bir çoxlarının həyat yolunu işıqlandırmışdır.

Səmədov Həbib Yusif oğlu

Səmədov Həbib Yusif oğlu 1932-ci ildə Basarkeçər rayonunun Zərkənd kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil aldıqdan sonra Bakıda ali təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə doğma kəndində — Zərkənd kənd orta məktəbində müəllim kimi başlamışdır. Öz zəhməti, biliyi və təşkilatçılıq qabiliyyəti ilə qısa müddətdə məktəb direktoru vəzifəsinə yüksəlmişdir. Həbib müəllim həm bacarıqlı pedaqoq, həm də nümunəvi təşkilatçı kimi tanınırdı. Onun rəhbərliyi dövründə şagirdlərin təhsilinə xüsusi diqqət yetirilirdi. Məhz bu səbəbdən həmin illərdə məktəbi bitirənlərin 90 faizdən çoxu ali təhsil müəssisələrinə qəbul olunurdu.

Bu gün respublikanın müxtəlif sahələrində çalışan təhsilli kadrların əksəriyyəti onun yetirmələridir. Həbib müəllim işinə məsuliyyətlə yanaşan, səmimi, işgüzar və tələbkar bir insan idi.

1988-ci ildə məlum hadisələr səbəbindən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, burada da pedaqoji fəaliyyətini davam etdirmişdir. Paytaxtın orta məktəblərindən birində müəllim kimi çalışmış, lakin sonralar səhhətində yaranan problemlər səbəbindən işini dayandırmalı olmuşdur. Bir neçə illik xəstəlikdən sonra 2011-ci ildə dünyasını dəyişmişdir.


Həbib müəllimə ithaf

İsmixan Didərgin

Mərifətdə tayın yoxdur dünyada,
Təksən bu dünyada, Həbibim mənim.
Hal bilən, dərd qanan çoxdu dünyada,
Bir dürsən dəryada, Həbibim mənim.

Dillənən könülümün incə simidi,
Hər sözün bizlərə türfə kimidi,
Qəlbin dosta açıq, süfrə kimidi,
Sir verməzsən yada, Həbibim mənim.

Sən tək etibarlı hardadı, harda?!
İmdad diləyəni qoymazsan darda,
Mərifətdən söhbət olan diyarda,
Tez düşərsən yada, Həbibim mənim.

Dost yolunda başı fəda edərsən,
Laçın kimi düşmən bağrı didərsən,
Simurqun tək lələk salıb gedərsən,
Yetişərsən dada, Həbibim mənim.

İsmixan müntəzir gəlsin karına,
Başım armağandır ixtiyarına,
Üzlərim payəndaz ayaqlarına,
Layiqsən bu ada, Həbibim mənim.

Comments 4

  1. Əli Vəliyev says:
    2 ay ago

    Ruhu şad olsun! Göyçə mahalının müəllimlərinin hər biri bir professor idi. Bu gün biz hamımız biliyimiz, bacarığımızla onlara borcluyuq.

    Cavabla
  2. Süleymanov Elçin Məhəddin oğlu. says:
    2 ay ago

    Salam,hər vaxtınız xeyir.Bu verilişi ərsəyə gətirən,kəndimizin qəyyumlarına,əməyi olan hər bir kəsə təşəkkür edirəm.Həbib dayımın haqqında nə qədər danışsaq ona bir insan ömürü bəlkədə çatmaz .Bizim məktəb tək məktəb yox,həm də təlim- tərbiyə ocağı idi.Bu insanı allah bizə vergi kimi göndərmişdi.Ona görə də bizim Zərkənd camaatı harda olursa olsun,həmişə fərqlənirik.Ona görə ki, Basarkeçər rayonunda 32 kəndin ićində Bizim kənd nümunə çəkilirdi,həm təhsilinə görə,həm də covxozun qabaqcıl işlərinə görə .Bu kəndin nəhəng bir həm kolxoz sədiri olmuş,həmdə sovxoz direktoru,rəhmətlik Cəmşid Hənifəyev var idi.Bu insanlar və onların ətrafı sayəsində kəndimiz həmişə öndə idi .Atam Məhəddin Süleymanovun da əməyni danmaq olmaz.Sovxozun baş mühədisi işləyən atam,taxıl yıgımı vaxtı kombayını şəxsən özü işlədirdi .Yığım başa çatdıqdan sonra qonşu kəndlərə də köməyə gedərdi,mən bunların canlı şahidi idim.Kəndimizin birinci ali təhsilli müəllimi Həbib dayım olduğu kimi,birinci qadın ali təhsilli müəlliməsi də anam,Həqiqət müəllimə olmuşdur .Məktəbdə tənəffüz zamanı hünərin varıydı əlində kitab olmasın,Həqiqət müəllimin buna reaksiyası bizim çox pis iş gördüyümüz kimi görünərdi .Bu kimi xatirələrimi yazsam,bəlkədə saatlarla yazardım,ancaq vaxtınızı cox almaq istəmirəm,vaxttım olduqca kəndimizin xatirələrini,o gözəl cəmiyyətimizin gözəl insanları haqqında yenə yaxaram.Sağ olun.

    Cavabla
  3. Nizami Qərib. says:
    2 ay ago

    HƏBİB MÜƏLLİM
    (Göyçəmizin ziyalısı, şagirdlərin sevimli müəllimi, uzun illər Göyçə mahalı Zərkənd orta məktəbinin direktoru vəzifəsində çalışmış Həbib Səmədova həsr olunub.)

    Göyçə dərdi daşıyırdı,
    Ürəyində Həbib müəllim.
    Vətən eşqi arzusunda,
    Diləyində Həbib müəllim.

    Yaradandan diləmişdi,
    Diləyinə bələnmişdi.
    Çox ağrını ələmişdi,
    Ələyində Həbib müəllim.

    Qocalmadı payızında,
    Qış yaşadı hər yazında,
    Qürbət elin ayazında,
    Küləyində Həbib müəllim.

    Nizami saz, söz elindən,
    Odu sönməz köz elindən.
    Ayrı düşsün öz elindən,
    Fələyin də, Həbib müəllim.

    Nizami Qərib.
    11.12.2024.

    Cavabla
  4. Nazimə says:
    2 ay ago

    Allah rəhmət eləsin.Ruhlari şad olsunki vətənə xalqa layiqli ovlad yetisdiriblər

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

  • Haqqımızda
  • Əlaqə

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
ZƏRKƏND TV
  • Zərkənd
    • Tariximiz
    • Hörmətlə Anırıq
    • Ənənələrimiz
    • Yazıçılarımız
    • Şairlərimiz
    • Aşıqlarımız
    • İdmançılarımız
  • İcmamız
    • İdarə Heyyəti
    • Qəyyumlar Şurası
    • Ağsaqqallar Şurası
    • Qadınlar Şurası
    • Gənclər Təşkilatı
  • Hərbçilərimiz
    • Şəhidlərimiz
    • Qazilərimiz
    • Veteranlarımız
    • 1941-1945 iştirakçılarımız
  • İş Adamlarımız
    • Sahibkarlar
    • Biznesmenlər
    • Mühəndislərimiz
  • Ziyalılarımız
    • Tanınmışlarımız
    • Elm adamlarmız
    • Həkimlərimiz
    • Müəllimlərimiz
  • Haqqımızda
  • Əlaqə
  • Foto Albom

Zerkend.az © 2024 - Bütün hüquqları qorunur.